Apple ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 8 % ni itirib
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 28,77 % təşkil edib.
"Statcounter" agentliyinin məlumatına görə, bu, dekabr ayına nisbətən 3,57 faiz bəndi çoxdur, bir il əvvəlki göstərici ilə müqayisədə 0,61 faiz bəndi azdır.
Növbəti sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 2,66 faiz bəndi artaraq və illik müqayisədə 2,85 faiz bəndi azalaraq 21,56 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,87 faiz bəndi azalaraq və illik müqayisədə 2,01 faiz bəndi artaraq 20,87 % olub. Beləliklə şirkətin bazar payı aylıq ifadədə 8 % azalıb.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 3,47 faiz bəndi azalaraq, illik müqayisədə isə 3,39 faiz bəndi artaraq 19,48 % təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 02 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















