Aqil Məmmədova polkovnik ali hərbi rütbəsi verildi

29.11.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi iştirakçısı Məmmədov Aqil Əli oğluna "polkovnik" ali hərbi rütbəsi verilib.

Avtosfer.az xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan  A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.

1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov ​2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.

O, “Vətən uğrunda”, “Şücaətə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunub.

​Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.\\unikal.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью