Aqil Məmmədova polkovnik ali hərbi rütbəsi verildi
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vətən müharibəsi iştirakçısı Məmmədov Aqil Əli oğluna "polkovnik" ali hərbi rütbəsi verilib.
Avtosfer.az xəbər verir ki, əslən Lerik rayonunun Xəlifəküçə kəndindən olan A.Məmmədov Vətən qarşısında xüsusi xidmətlərinə görə bu rütbəyə layiq görülüb.
1980-ci il mayın 9-da Xəlifəküçə kəndində dünyaya göz açan Aqil Məmmədov 2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan zabit illər ərzində taqım komandiri, bölük komandiri, tabor komandiri və müxtəlif qərargah vəzifələrində çalışıb.
O, “Vətən uğrunda”, “Şücaətə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə təltif olunub.
Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətini davam etdirir.\\unikal.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Noyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















