“Aqrar Tədarük və Təchizat” ASCnin fəaliyyəti: gözləntilərdən uzaq reallıq KONKRET | Icma.…
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, onun yerində Kənd Təsərrüfatı Nazirliyinin balansında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradıldı.
Bu dəyişiklikdən əsas məqsəd, yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq, həmçinin daxili bazarda satışın effektiv təşkilini təmin etmək idi.
İxrac Göstəriciləri: Gözlənilən Artımdan Geriləməyə Ləğv edilən il, yəni 2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac etmişdir.
Bu, şirkətin xarici bazarlara məhsul çıxarılması sahəsində əhəmiyyətli rol oynadığını göstərir.
Lakin 2019-cu ildən sonra “Aqrar Tədarük və Təchizat” ASC-nin ixrac fəaliyyəti ilə bağlı mediada çox az məlumat mövcuddur.
Məsələn, 2019-cu ildə “Aqrar Tәdarük vә Tәchizat” 218 285 ton mәhsul ixrac edib.
Bunun 123 285 tonu meyvә vә gilәmeyvә, 95 tonu isə yumurta olub.
Tam oxu
Xəbəri oxu