Icma.az
close
up
RU
“Aqrar Tədarük və Təchizat” ASCnin fəaliyyəti: gözləntilərdən uzaq reallıq KONKRET

“Aqrar Tədarük və Təchizat” ASCnin fəaliyyəti: gözləntilərdən uzaq reallıq KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, onun yerində Kənd Təsərrüfatı Nazirliyinin balansında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradıldı. Bu dəyişiklikdən əsas məqsəd, yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq, həmçinin daxili bazarda satışın effektiv təşkilini təmin etmək idi.

İxrac Göstəriciləri: Gözlənilən Artımdan Geriləməyə

Ləğv edilən il, yəni 2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac etmişdir. Bu, şirkətin xarici bazarlara məhsul çıxarılması sahəsində əhəmiyyətli rol oynadığını göstərir.

Lakin 2019-cu ildən sonra “Aqrar Tədarük və Təchizat” ASC-nin ixrac fəaliyyəti ilə bağlı mediada çox az məlumat mövcuddur. Məsələn, 2019-cu ildə “Aqrar Tәdarük vә Tәchizat” 218 285 ton mәhsul ixrac edib. Bunun 123 285 tonu meyvә vә gilәmeyvә, 95 tonu isə yumurta olub. 2020-ci ilin sonunda 1 ton nar məhsulu ixrac edib.Sonrakı illərdə rəqəmlər mövcud deyil və bu o deməkdir ki, şirkət gəlir gətirməkdən uzaqlaşıb,hansısa təlimlər, qrant layihələr icra etməklə ömrünü uzadır.

ASC-nin əsas vəzifələri və reallıq

ASC-nin nizamnaməsinə əsasən əsas vəzifələri aşağıdakılardır:

İstehsalın və İxracın Artırılması: Yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq. Xarici İxracın Təşkili: Kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını təmin etmək. Vasitəçilik Xidmətləri: Ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətlərinin göstərilməsi.

Lakin mövcud vəziyyət göstərir ki, ASC bu funksiyaları effektiv şəkildə yerinə yetirmir. İxrac həcmlərinin kəskin azalması, daxili bazarda satışın təşkili ilə bağlı problemlər və vasitəçilik xidmətlərinin zəifliyi buna sübutdur.

ASC-nin fəaliyyətindəki zəifliklər, sələfi tərəfindən əldə edilən bazarların itirilməsi ilə nəticələnib. Bu həmçinin ASC-ni böyük həcmdə gəlirlərdən məhrum edib. Yalnız Bakıda satış yarmarkaları təşkil etməklə kiçik fermer təssərüfatlarının dəstəklənməsi mümkün deyil. Eyni zamanda nizamnaməsinə əsasən şirkət vermerlərə avans verməklə istehsala dəstək olmalıdı.Ancaq apardığımız araşdırma göstərdi ki, ümumiyyətlə nizamnamənin bu bəndi unudulub. ASC-də  hesab edirlər ki, əsas diqqət böyük təssərüfatlara ayrılmalıdır. Ancaq unudurlar ki, 20%-ə qədər məhsul məhsil kiçik və ailə təssərüfatlarında formalaşır və istənilən gərginlik zamanı əsas daşıyıcı yük kiçik və orta fermerlərin üzərinə düşür.

Ümumiyyətlə bu sahənin Kənd Təssərüfatı Nazirliyinin balansından ayırıb müstəqil orqan kimi yaratmaq effektiv olardı. Müstəqil orqan daxili bazarda tənzimləyici rol oynaya, eyni zamanda ixrac kanallarına qoşularaq kiçik və orta fermerlərin xarici bazarlara çıxışına dəstək ola bilər.

“Aqrar Tədarük və Təchizat” ASC-nin hazırkı vəziyyəti, şirkətin öz nizamnamə funksiyalarını yerinə yetirmədiyini açıq şəkildə göstərir. Bu isə ölkənin kənd təsərrüfatı sektorunun inkişafına və iqtisadiyyatına mənfi təsir edir. Yuxarıda sadalanan problemlərin həlli üçün təcili tədbirlərin görülməsi vacibdir.

Əgər ASC rəhbərliyi və aidiyyəti dövlət qurumları bu məsələlərə ciddi yanaşsa, şirkətin fəaliyyətində pozitiv dəyişikliklər əldə etmək mümkündür. Bu da öz növbəsində, yerli kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsinə, ixracın artırılmasına və milli iqtisadiyyatın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

KONKRET.az-ın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri