525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqropark yaradılacaq. Haızrda aqroparkların yaradılması istiqamətində işlər görülür.
Qeyd edək ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.
Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.
Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd.
manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.
İndiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib.
Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb.