Icma.az
close
up
RU
Aqroparkların yaradılması nə vəd edir?

Aqroparkların yaradılması nə vəd edir?

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqropark yaradılacaq. Haızrda aqroparkların yaradılması istiqamətində işlər görülür. Qeyd edək ki, 23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

İndiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.

Ümumiyyətlə, son illərdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində də əhəmiyyətli rol oynayır.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, aqroparkların yaradılması daha çox məhsul istehsalına hədəflənib: "Torpaq islahatı haqqında" qanundan sonra əkin üçün məhsuldar olan torpaqlar əhali arasında paylanıldı, ailə təsərrüfatları yaradıldı. Lakin sonralar bunun effektli olmadığı ortaya çıxdı. Çünki ərazilər kiçik olduğu üçün həm suvarma, aqrotexniki qaydalar, həm də növbəli əkin baxımından sərfəli deyildi. Daha sonra nisbətən məhsuldar torpaqlarda, dövlətin əlində olan ərazilərdə böyük aqroparklar yaradıldı. Bu aqroparklar texniki avadanlıqlar, müasir suvarma sistemləri ilə təmin olunub. Burada aqrotexniki qaydalardan istifadə edərək daha çox məhsul istehsal olunması hədəflənib".

Ekspert bildirib ki, aqroparkların yaradılması və fəaliyyəti insanların məşğulluğuna müsbət təsir edir. Lakin iki məqama diqqət etmək gərəkdir: "Nəzərə almaq lazımdır ki, aqroparklar zamanında əkin sahələri yox, örüş, heyvandarlıq üçün istifadə olunan sahələr olub. Hazırda diqqət olunası məsələlərdən biri aqroparkların sayının artmasının heyvandarlığa mənfi təsir etməməsidir. İkinci vacib məsələ isə, köhnə, ənənəvi daha məhsuldar torpaqlar ki var, bu aqroparkların formalaşması həmin məhsuldar ərazilərdə digər imkanların zəifləməsinə gətirib çıxara bilər. Həmin region üçün bu iki məsələ yoxdursa, orada aqropark yaratmaq çox yaxşı addımdır. Nəticələrdən də görünür ki, belə intensiv təsərrüfatlarda daha çox məhsul istehsal olunur. Təbii ki, belə təsərrüfatların yaradılması ilə orada kifayət qədər böyük texnika, avadanlıq işlədilir, bu da insanların məşğulluğuna müsbət təsir edir".

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, aqroparklar müasir dövrdə, tənzimlənən bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatının inkişafında mühüm rol oynayan mexanizm sayılır: "Biz artıq sovet sistemindəki kolxoz, sovxoz idarəetmə mexanizmindən tamamilə qurtulmuşuq. 90-cı illərin ortalarında aparılan torpaq islahatları ilə aqrar sahənin inkişafını şəxsi, fərdi təsərrüfatların öhdəsinə, fermer təsərrüfatlarına buraxmışıq. Lakin ötən dövr ərzində təcrübə də bunu göstərdi ki, populyasiya, qarşılıqlı əlaqələndirilmiş formada təsərrüfat fəaliyyəti aqrar sahədə daha çox nailiyyətlər əldə etməyə imkan verir. Bu, həm məhsuldarlıq, həm daha çox ixrac yönümlü məhsulların istehsalı, həm də məşğulluq baxımından daha məqbul variant sayılır. Bu mənada aqroparklar kənd təsərrüfatı üçün ən optimal mexanizm hesab olunur. Ümumiyyətlə, sənaye parklarının və aqroparkların yaradılması ölkədə qeyri-neft və qaz sektorunun inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin əldə olunmasına, o vəzifələrin həllinə birbaşa vasitə sayılır".

Ekspertin dediyinə görə, ölkədə çoxlu sayda aqroparkların yaradılması vacibdir: "Aqroparklar kənd təsərrüfatı sahəsində məhsul əkin-biçini, tədarükü və emalı proseslərinin zəncirvari təşkil olunması üçün gözəl vasitə hesab olunur. Dövlətin aqrar sektor sahəsindəki güzəştləri, ayırdığı subsidiyalar, müxtəlif maliyyə dəstəyi formalarının həyata keçirilməsinin yaratdığı imkanlar aqroparklarda daha geniş xarakter daşıyır. Məsələn, ayrı-ayrı xırda fərdi təsərrüfatlar üzrə tətbiq olunan güzəştlər bəzən təyinatı üzrə istifadə olunmur. Amma aqroparkların yaradılması şəraitində, bütün bunlar daha yaxşı effekt verir. Aqroparklar aqrar sahədə məhsuldarlığın yüksək olmasına, daha çox ixrac yönümlü məhsul istehsalına zəmin yaradır, məşğulluğun təmini və genişlənməsi üçün başlıca vasitə hesab olunur".

İqtisadçı qeyd edib ki, son illər ərzində kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabət qabiliyyətliliyi artıb, həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi gerçəkləşib: "Respublikada aqroparkların yaradılması ilə kənd təsərrüfatının inkişafı sürətlənib. Bu, ərzaqlıq buğda istehsalının artımında özünü daha qabarıq büruzə verib. Belə ki, 2021-2022-ci illər ərzində bu təsərrüfatlarda 147 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bunun 16,4 min hektarında təkrar əkin aparılıb. Becərilmə zamanı suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqi diqqət mərkəzində saxlanılıb. Belə yanaşma həmin dövrdə aqroparklarda 156 min ton buğda istehsalının reallaşması ilə nəticələnib".

Cari ildə də ölkədə fəaliyyət göstərən aqroparklarda yüksək nəticələr əldə olunub. Məsələn, Qax rayonu üzrə ən yüksək məhsuldarlıq "Qax Aqroparkı"nda qeydə alınıb. Belə ki, builki mövsümdə aqroparkın arpa sahələrinin hər hektarından 36,2 sentner məhsul götürülüb.

Sabirabaddakı "Pilot Aqropark"ın ilk rezidentlərindən olan "Fructus Aqropark" MMC tərəfindən cari ildə 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Təsərrüfatda arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçilən sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçilmiş 150 hektar sahənin hər hektarından 4 tondan çox keyfiyyətli buğda əldə edilib.

"Ağcabədi taxıl Aqropark" da fəaliyyəti dövründə yüksək göstəricilər əldə edib. Yeri gəlmişkən, təsərrüfatda sudan səmərəli istifadə etmək üçün ABŞ-dan gətirilən pivot suvarma sistemləri qurulub. Əkin sahələrinin suvarılmasında ən müasir müasir metodlardan istifadə edilib. Pivot suvarma sistemləri elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəldilməsinə, maya dəyərinin aşağı salınmasına və eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda, bu aqroparkda 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, aqroparklar rayon və kəndlərdə işsizliyi qismən də olsa aradan qaldırır. Aqroparklar hökumətin qarşıya qoyduğu hədəfə çatmayıb: "Buna baxmayaraq, hələ də aqroparkların yaradılması davam edir. 2015-ci ildə aqroparkların yaradılmasına start veriləndə qeyd edildi ki, 5 ildən sonra Azərbaycanda taxıl idxalına ehtiyac qalmayacaq. Məlumat üçün deyim ki, 2015-ci ildə də 1 milyon 200 min ərzaq buğdası idxal edilirdi. 2024-cu ildə də eyni həcmdə buğda idxal olunur. Cari ildə də eyni vəziyyət müşahidə olunacaq. Ötən 10 il ərzində qeyd edilən hədəf istiqamətində hər hansı bir irəliləyiş yoxdur. Məlumdur ki, aqroparklarda istehsal olunan ərzaq buğdası heyvardarlıq təyinatı üzrə istifadə olunur. Digər strateji məsələ pambıqçılığın inkişafı idi. Bu isə kökündən yanlış qərardır. Son 4-5 ildə Azərbaycanda pambıqçılıq iflasa uğrayıb. Ilbəil pambıq istehsalı azalır. Bu onu deməyə əsas verir ki, aqroparkların yaradılması aqrar sektorun inkişafı üçün çıxış yolu deyil. Bu sahənin inkişafı üçün aqroparklar özəlləşdirilməlidir. Belə olarsa, 2015-ci ildə qarşıya qoyulan hədəfə bir neçə ilə çatmaq olar".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri