AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

25.06.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə APA-ya AQTA məlumat verib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью