AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə APA-ya AQTA məlumat verib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.
Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir.
Bu mövzuda digər xəbərlər:AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
13 İyul 2026 09:24
Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb
10 Fevral 2025 13:52
Tovuzda zəhərlənmə baş verən müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
25 İyun 2025 21:06
Toyda kütləvi zəhərlənmə: AQTA araşdırmaya başladı
19 Aprel 2025 10:05
Baxış sayı:142
Bu xəbər 25 İyun 2025 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















