AQTİ rəsmisi: Yeni layihə xammaldan istehlakçıya qədər olan bütün mərhələləri real vaxtda …
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 iyun, Günel Türksoy, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib.
O, AQTİ-nin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu, institutun laboratoriyalarında həyata keçirilən analizlər, “HALAL” sertifikatlaşdırma prosesi, planlaşdırılan işlər, qida obyektlərində HACCP sisteminin tətbiqi və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik - Əvvəlcə 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Gününün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinə dünya miqyasında diqqəti cəlb etmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin məsuliyyətini vurğulamaq məqsədilə təsis olunub.
2018-ci ildə BMT Baş Assambleyasının 73-cü sessiyasında iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü elan edilib.
2020-ci il avqustun 3-də Ümumdünya Səhiyyə Assambleyası bu günü qida təhlükəsizliyinin əhəmiyyətini bütün səviyyələrdə artırmaq, qida mənşəli xəstəliklərin qarşısını almaq üçün tədbirləri təşviq etmək və qlobal səyləri gücləndirmək məqsədilə mühüm platforma kimi tanıyıb.
Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur.
Tam oxu
Xəbəri oxu