Araz Naxçıvan ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək

08.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araz-Naxçıvan" Misli Premyer Liqası və Azərbaycan Kubokunda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməyə davam edəcək.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Komandanın Bakıdakı "ASK Arena"ya köçməsi məsələsinin hazırda aktual olmadığı da vurğulanıb:

"Klub Bakıda məskunlaşıb, məşqləri burada edir və oyundan-oyuna Şamaxıya gedir. Bakıda oynamaq üçün uyğun arena yoxdur. "ASK Arena" hazır olduqdan sonra bu varianta baxıla bilər. Amma hazırda bu məsələ aktual deyil. Əlbəttə, Bakı bizə daha uyğundur. Çünki hazırda komanda ev oyunu üçün səfərə çıxmalı olur. Bakıda arena olsa, matç günü istifadə edilməsi mümkündür".

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının turnir cədvəlində 6 turdan sonra 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью