Araz Naxçıvan ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Araz-Naxçıvan" Misli Premyer Liqası və Azərbaycan Kubokunda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməyə davam edəcək.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.
Komandanın Bakıdakı "ASK Arena"ya köçməsi məsələsinin hazırda aktual olmadığı da vurğulanıb:
"Klub Bakıda məskunlaşıb, məşqləri burada edir və oyundan-oyuna Şamaxıya gedir. Bakıda oynamaq üçün uyğun arena yoxdur. "ASK Arena" hazır olduqdan sonra bu varianta baxıla bilər. Amma hazırda bu məsələ aktual deyil. Əlbəttə, Bakı bizə daha uyğundur. Çünki hazırda komanda ev oyunu üçün səfərə çıxmalı olur. Bakıda arena olsa, matç günü istifadə edilməsi mümkündür".
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının turnir cədvəlində 6 turdan sonra 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















