Arda Güler 2032 ci ilədək “Real“da

18.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.

Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.

Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.

Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью