Arda Güler 2032 ci ilədək “Real“da
Icma.az bildirir, Moderator.az portalına istinadən.
İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.
Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:Arda Gülər Real da qalır 2032 ci ilədək
11 Sentyabr 2026 09:40
Arda Güler: Real da uğur qazanacağıma əminəm
25 Mart 2025 19:08
Arda Güler Real da 100 ə çatdı
26 Fevral 2026 11:16
“Real”da Arda Güler ilə bağlı qərar verildi
27 Noyabr 2024 09:53
“Real”da Arda Güler problemi “Mbappe və Vinisiusdan qorxur”
08 Sentyabr 2026 11:14
Baxış sayı:103
Bu xəbər 18 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















