ARDNF özəl səhm fondlarına investisiyaları 21 % dən çox artırıb | Icma.az
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) özəl səhm fondlarına investisiyaları 3 milyard 804,525 milyon manat təşkil edib.Missiya.Az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,3 % çoxdur.İl ərzində özəl səhm fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 3,3 %-dən 3,7 %-ə yüksəlib.Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb.
Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu