ARDNF özəl səhm fondlarına investisiyaları 21 % dən çox artırıb
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) özəl səhm fondlarına investisiyaları 3 milyard 804,525 milyon manat təşkil edib.
Missiya.Az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,3 % çoxdur.
İl ərzində özəl səhm fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 3,3 %-dən 3,7 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















