Argentina millisinin qələbəsi tarixə düşdü

08.07.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Argentina milli komandası dünya çempionatının 1/8 finalında Misir üzərində əzmkar qələbə qazanıb. Cənubi amerikalılar 79-cu dəqiqəyə kimi hesabda 0:2 geridə olsalar da, 79, 83 və 90+2-ci dəqiqələrdə vurulan qollarla qələbə qazanıblar – 3:2.

525.az “Opta”ya istinadən xəbər verir ki, Argentina millisinin bu kambəki tarixə düşüb.

Belə ki, bu vaxta qədər dünya çempionatları tarixində heç bir komanda 79-cu dəqiqəyə kimi 0:2 hesabı ilə geridə olduğu matçın əsas vaxtında qələbə qazana bilməyib. Argentina yığması 13 dəqiqəyə 3 qol vurmaqla tarixi nəticəyə imza atıb.

Qeyd edək ki, son dünya çempionları 1/4 finalda İsveçrə - Kolumbiya görüşünün qalibi ilə qarşılaşacaq.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью