Argentina millisinin qələbəsi tarixə düşdü
Icma.az bildirir, 525.az portalına istinadən.
Argentina milli komandası dünya çempionatının 1/8 finalında Misir üzərində əzmkar qələbə qazanıb. Cənubi amerikalılar 79-cu dəqiqəyə kimi hesabda 0:2 geridə olsalar da, 79, 83 və 90+2-ci dəqiqələrdə vurulan qollarla qələbə qazanıblar – 3:2.
525.az “Opta”ya istinadən xəbər verir ki, Argentina millisinin bu kambəki tarixə düşüb.
Belə ki, bu vaxta qədər dünya çempionatları tarixində heç bir komanda 79-cu dəqiqəyə kimi 0:2 hesabı ilə geridə olduğu matçın əsas vaxtında qələbə qazana bilməyib. Argentina yığması 13 dəqiqəyə 3 qol vurmaqla tarixi nəticəyə imza atıb.
Qeyd edək ki, son dünya çempionları 1/4 finalda İsveçrə - Kolumbiya görüşünün qalibi ilə qarşılaşacaq.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Argentina antirekordla tarixə düşdü Foto
20 İyul 2026 04:17
Mançester Siti Argentina millisinin üzvünə elçi düşdü
05 Oktyabr 2025 11:55
Tarixə əbədi həkk olunmuş komandada oynamaq qürurvericidir Argentina millisinin futbolçusu
19 İyul 2026 11:20
İngiltərə Argentina oyunu tarixə düşdü İlk 30 dəqiqədə zərbə olmadı
16 İyul 2026 00:43
Argentina millisinin üzvü Premyer Liqada
24 İyun 2025 17:57
Baxış sayı:151
Bu xəbər 08 İyul 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















