Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina prezidenti ölkəyə qaçan nasistlərlə bağlı sənədlərin məxfilikdən çıxarılmasına göstəriş verib.
Sfera.az bildirir ki, ölkə prezidenti Xavyer Miley bütün dövlət qurumlarına İkinci Dünya Müharibəsindən sonra Cənubi Amerika ölkəsində sığınacaq tapmış nasistlərlə bağlı rəsmi sənədlərin məxfiliyini çıxarmağı və dərc etməyi tapşırıb.
Hazırda nasistlərin ölkədə qalması ilə bağlı maliyyə sənədləri, eləcə də müdafiə idarəsində saxlanılan materiallar məxfi olaraq qalır.
Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos məlumat verib ki, dövlət başçısı istənilən dövlət qurumunda mövcud olan bütün məlumatları açıqlamaq əmrini verib.
Gilyermo Frankosun sözlərinə görə, bu fayllar haqqında ən vacib məlumat Müdafiə Nazirliyində saxlanılan maliyyə sənədləri və materiallardır.
“Məlumatı gizlətmək üçün heç bir əsas yoxdur”- deyə hökumət başçısı əlavə edib.
Nazirlər Kabinetinin rəhbəri bütün tarixi bilməyin vacibliyini də vurğulayıb.