Argentina nasistlər haqqında məlumatların məxfiliyini ləğv edəcək
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina prezidenti ölkəyə qaçan nasistlərlə bağlı sənədlərin məxfilikdən çıxarılmasına göstəriş verib.
Sfera.az bildirir ki, ölkə prezidenti Xavyer Miley bütün dövlət qurumlarına İkinci Dünya Müharibəsindən sonra Cənubi Amerika ölkəsində sığınacaq tapmış nasistlərlə bağlı rəsmi sənədlərin məxfiliyini çıxarmağı və dərc etməyi tapşırıb.
Hazırda nasistlərin ölkədə qalması ilə bağlı maliyyə sənədləri, eləcə də müdafiə idarəsində saxlanılan materiallar məxfi olaraq qalır.
Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos məlumat verib ki, dövlət başçısı istənilən dövlət qurumunda mövcud olan bütün məlumatları açıqlamaq əmrini verib. Gilyermo Frankosun sözlərinə görə, bu fayllar haqqında ən vacib məlumat Müdafiə Nazirliyində saxlanılan maliyyə sənədləri və materiallardır.
“Məlumatı gizlətmək üçün heç bir əsas yoxdur”- deyə hökumət başçısı əlavə edib.
Nazirlər Kabinetinin rəhbəri bütün tarixi bilməyin vacibliyini də vurğulayıb. Gilyermo Frankosun sözlərinə görə, bu bazar ertəsi icra hakimiyyəti sənədlərin məxfiliyini ləğv etməklə bunu etmək niyyətindədir:
"Bütün bu arxivlərin buraxılması haqqında fərman var idi, lakin bu, heç vaxt həyata keçirilməyib. Prezident iddia edir ki, bunlar Argentina tarixinin bir hissəsinin arxivləridir və ictimaiyyətə açıqlanmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 25 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















