Argentinanın bu performansla çempion olması ayıb olardı

22.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Argentinanın bu performansla çempion olması ayıb olardı"

Almaniya millisinin sabiq kapitanı Lotar Matteus Argentina yığmasının dünya çempionatının finalındakı çıxışını sərt tənqid edib.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, o, İspaniyaya 0:1 hesabı ilə uduzan Argentina millisinin oyununu bəyənmədiyini bildirib. Matteus həmçinin millinin kapitanı Lionel Messinin gözləniləndən çox aşağı səviyyədə çıxış etdiyini deyib:

"Komandanın belə bir performansla dünya çempionluğunu qazanması ayıb olardı. Argentinalı oyunçuların əksəriyyətinin qayda pozuntularına yol verməsi, itələməsi və mübahisə etməsi daha çox görünürdü. Amma bu, şübhəsiz ki, İspaniya komandasının oyunu ilə bağlıdır. Lionel Messi heç yerdə görünmürdü. O, finalda özünün əvvəlki formasının kölgəsi idi. Lionelin heç bir dəstəyi yox idi. İspaniya səviyyə baxımından bir neçə addım irəlidə oldu. Tamamilə layiqli bir qələbə idi",

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью