Argentinanın bu performansla çempion olması ayıb olardı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Almaniya millisinin sabiq kapitanı Lotar Matteus Argentina yığmasının dünya çempionatının finalındakı çıxışını sərt tənqid edib.
QOL.az "Bild"ə istinadən xəbər verir ki, o, İspaniyaya 0:1 hesabı ilə uduzan Argentina millisinin oyununu bəyənmədiyini bildirib. Matteus həmçinin millinin kapitanı Lionel Messinin gözləniləndən çox aşağı səviyyədə çıxış etdiyini deyib:
"Komandanın belə bir performansla dünya çempionluğunu qazanması ayıb olardı. Argentinalı oyunçuların əksəriyyətinin qayda pozuntularına yol verməsi, itələməsi və mübahisə etməsi daha çox görünürdü. Amma bu, şübhəsiz ki, İspaniya komandasının oyunu ilə bağlıdır. Lionel Messi heç yerdə görünmürdü. O, finalda özünün əvvəlki formasının kölgəsi idi. Lionelin heç bir dəstəyi yox idi. İspaniya səviyyə baxımından bir neçə addım irəlidə oldu. Tamamilə layiqli bir qələbə idi",
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 İyul 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















