Arı sancması hansı hallarda ölümə səbəb olur? Mütəxəssis açıqladı | Icma.az
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır. Son zamanlar arı sancmasından həyatını itirənlərlə bağlı xəbərlərə tez-tez rast gəli
Elə iki gün öncə İsmayıllının Mican kəndində 61 yaşlı kişi arı sancmasından vəfat edib.
Məlumata görə, arı vəfat edən şəxsin dilindən sancıb. Maraqlıdır, bəs hansı hallarda arı sancmaları təhlükəlidir?
Yaxud arı sancan zaman ilkin tibbi yardım olaraq nə etmək lazımdır?Mütəxəssislərin sözlərinə görə, arı sancması çox vaxt yüngül ağrı, şişkinlik və qızartı ilə nəticələnsə də, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.
Xüsusilə arı zəhərinə qarşı allergiyası olan şəxslərdə sancma həyati təhlükə yaradan anafilaktik şoka gətirib çıxara bilər.
Bir neçə arının eyni anda sancması isə sağlam fərdlərdə belə intoksikasiya riskini artırır.Mövzu ilə bağlı News24.az-a danışan terapevt Sübhan Hacıyev qeyd edib ki, arı sancmaları insan orqanizmində anafilaksiya yarada bilən sancmalardandır:"Çünki bu tip şikayətlərlə müraciət edən xəstələr kifayət qədər çoxdur.
Həşərat sancmaları arasında ən çox rast gəlinəni məhz arı sancmalarıdır.
Arı insanı sancdığı zaman orqanizmə yad maddə daxil olur və immun sistemi mübarizəyə başlayır.
Tam oxu
Xəbəri oxu