Icma.az
close
up
RU
Arı sancması hansı hallarda ölümə səbəb olur? Mütəxəssis açıqladı

Arı sancması hansı hallarda ölümə səbəb olur? Mütəxəssis açıqladı

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar arı sancmasından həyatını itirənlərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Elə iki gün öncə İsmayıllının Mican kəndində 61 yaşlı kişi arı sancmasından vəfat edib. Məlumata görə, arı vəfat edən şəxsin dilindən sancıb.

 Maraqlıdır, bəs hansı hallarda arı sancmaları təhlükəlidir? Yaxud arı sancan zaman ilkin tibbi yardım olaraq nə etmək lazımdır?

Mütəxəssislərin sözlərinə görə, arı sancması çox vaxt yüngül ağrı, şişkinlik və qızartı ilə nəticələnsə də, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə arı zəhərinə qarşı allergiyası olan şəxslərdə sancma həyati təhlükə yaradan anafilaktik şoka gətirib çıxara bilər. Bir neçə arının eyni anda sancması isə sağlam fərdlərdə belə intoksikasiya riskini artırır.

Mövzu ilə bağlı News24.az-a danışan terapevt Sübhan Hacıyev qeyd edib ki, arı sancmaları insan orqanizmində anafilaksiya yarada bilən sancmalardandır:

"Çünki bu tip şikayətlərlə müraciət edən xəstələr kifayət qədər çoxdur. Həşərat sancmaları arasında ən çox rast gəlinəni məhz arı sancmalarıdır. Arı insanı sancdığı zaman orqanizmə yad maddə daxil olur və immun sistemi mübarizəyə başlayır. Bu isə bədəndə kəskin reaksiya ilə müşayiət olunan dəyişikliklərə səbəb olur. Arı sancmalarının ən təhlükəli bölgələri selikli qişalardır. Xüsusilə burun, ağız və dil nahiyələrində sancma nəticəsində yaranan lokal ödem tənəffüs prosesinə ciddi təsir edir. Nəticədə xəstədə bronxospazm inkişaf edir və tənəffüs çatışmazlığı səbəbilə ölüm halları daha sürətlə baş verə bilir".

Terapevtin sözlərinə görə, xəstənin arterial təzyiqinin 90 mm c.st.-dan aşağı düşməsi, tənəffüs hərəkətlərinin sayının 20-dən çox olması, dəri örtüyünün soyuq tər ilə müşahidə olunması, dilin şişməsi anafilaktik şokun klinik göstəriciləridir:

"Bu vəziyyət xəstəxana şəraitində dəqiqələr içində təcili müdaxilə tələb edir. Əks halda pasiyent həyatını itirə bilər".

Mütəxəssis əlavə edib ki, bu cür halların qarşısını almaq üçün insanların arıların çox olduğu ərazilərdən uzaq durması məqsədəuyğundur: 

"Xüsusilə arı məhsullarına qarşı allergiyası olan şəxslər daha diqqətli olmalıdırlar. Əgər arı sancmasından sonra halsızlıq və şişkinlik kimi erkən simptomlar müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir".

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri