Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir. Arif Ağayevə yüksək vəzifə verildi Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbayca
"Qafqazinfo" xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib. Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub.
ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.