Icma.az
close
up
RU
Arif Ağayevə yüksək vəzifə verildi

Arif Ağayevə yüksək vəzifə verildi

Arif Ağayevə yüksək vəzifə verildi

Azərbaycan Prezidentinin sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ​Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
seeBaxış sayı:55
embedMənbə:https://sonxeber.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri