Arif Əsədov: “Neftçi” ən zəif oyunlarından birini keçirdi” | Icma.az
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan Premyer Liqasında XXV tur geridə qaldı.
Bu turda, əsasən, turnir cədvəlində xal baxımından bir-birinə yaxın olan komandaların oyunlarını izlədik.
Təcrübəli mütəxəssis Arif Əsədov keçirilən oyunlar barədə fikirlərini “FutbolPress”lə bölüşdü: “Səbail” – “Şamaxı” 0:2 “Maraqlı oyunların, bir-birinə yaxın komandaların mübarizəsinin şahidi olduq.
Bu oyunu 6 xallıq matç kimi də qiymətləndirmək olar. Qələbə hər iki komandaya vacib idi.
Amma “Səbail”in buna daha çox ehtiyacı var idi ki, sonuncu pillədən qurtulsun.
Oyun “Səbail”in üstünlüyü ilə başlasa da “Şamaxı” daha sonra matçı ələ aldı. İkinci hissə isə tamamən “Şamaxı”nın nəzarətində keçdi.
Burada “Səbail”in problemi Ölkə Kubokunda komandanın fiziki cəhətdən yorulması oldu.
Çünki heyətində bir sıra zədəlilər ola-ola 3 gündən bir oyun oynayırdılar. Amma bütün bunlara baxmayaraq, “Şamaxı” layiqli qələbə qazandı”.
Tam oxu
Xəbəri oxu