Icma.az
close
up
RU
Arif Əsədov: “Neftçi” ən zəif oyunlarından birini keçirdi”

Arif Əsədov: “Neftçi” ən zəif oyunlarından birini keçirdi”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasında XXV tur geridə qaldı.

Bu turda, əsasən, turnir cədvəlində xal baxımından bir-birinə yaxın olan komandaların oyunlarını izlədik.

Təcrübəli mütəxəssis Arif Əsədov keçirilən oyunlar barədə fikirlərini “FutbolPress”lə bölüşdü:

“Səbail” – “Şamaxı” 0:2

“Maraqlı oyunların, bir-birinə yaxın komandaların mübarizəsinin şahidi olduq. Bu oyunu 6 xallıq matç kimi də qiymətləndirmək olar. Qələbə hər iki komandaya vacib idi. Amma “Səbail”in buna daha çox ehtiyacı var idi ki, sonuncu pillədən qurtulsun. Oyun “Səbail”in üstünlüyü ilə başlasa da “Şamaxı” daha sonra matçı ələ aldı. İkinci hissə isə tamamən “Şamaxı”nın nəzarətində keçdi. Burada “Səbail”in problemi Ölkə Kubokunda komandanın fiziki cəhətdən yorulması oldu. Çünki heyətində bir sıra zədəlilər ola-ola 3 gündən bir oyun oynayırdılar. Amma bütün bunlara baxmayaraq, “Şamaxı” layiqli qələbə qazandı”.

“Sumqayıt” – “Qarabağ” 0:2

“Təbii ki, “Qarabağ” bu matçda əsas favorit idi. Komandanım durumu, oyunçularının səviyyəsi göz önündədir. Qarşılaşmada bunu da gördük. “Sumqayıt”ın artıq 11 oyundur ki, qol problemi var. Bu da komandada inamsızlıq yaradır. Qol buraxanda da sanki çıxılmaz vəziyyətə düşürlər. O baxımdan komandada psixoloji problemlərin olduğunu düşünürəm. Buna görə də komandaya qələbə lazımdır ki, özünü toparlaya bilsin”.

“Turan Tovuz” – “Zirə” 0:2

“Bu da çox prinsipial oyun idi. Hər iki komanda xal baxımından avrokuboklara əsas namizədlərdəndirlər. Hər iki komandada kubokdan kənarda qaldığı üçün bu qələbə hər ikisinə lazım idi. Burada da “Zirə” daha yaxşı göründü. Oyunun ilk dəqiqəsindən komandada motivasiya, istək hiss olunurdu. Hesab edirəm ki, oyun ədalətli nəticə ilə yekunlaşdı”.

“Sabah” – “Araz-Naxçıvan” 2:2

“Bu matçda “Sabah” qələbə qazanmaqla avrokuboklar zonasına daha da yaxınlaşacaqdı. Amma “Araz-Naxçıvan” “Turan Tovuz”un məğlubiyyətindən yararlanaraq, xal ehtiyatını bir az da artırmaq istəyirdi. Bərabər səviyyədə oyun keçdi. Hər iki komandada epizodlar oldu və bol qollu matç izlədik. Məncə, elə oyunun ədalətli nəticəsi heç-heçəydi”.

“Kəpəz” – “Neftçi” 1:0

“Hər iki rəqib bundan öncə kubokda görüşmüşdülər və hər ikisində də “Neftçi” qələbə qazanmışdı. Kubok oyublarında hiss olunurdu ki, “Kəpəz” daha çox çempionatı düşünür və kubokda rotasiyalar edir. Atdığı addımlar da öz bəhrəsini göstərdi. Yaxşı oyunla qələbə qazandılar. Məncə, “Neftçi” ən zəif oyunlarından birini keçirdi. Komanda hücumda “dişsiz” görünürdü və “Kəpəz” layiqli qələbə qazandı”.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Mart 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri