Arif Mirzəyev dəfn edildi YENİLƏNİB

15.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, onunla vida mərasimi Təzə Pir məscidində keçirilib.

***

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью