Arif Mirzəyev dəfn edildi YENİLƏNİB
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Almaniyanın Fulda şəhərində vəfat edən və nəşi Azərbaycana gətirilən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, onunla vida mərasimi Təzə Pir məscidində keçirilib.
***
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















