Arıqlama dərmanı milyardlar gətirdi ölkənin ən yeni milyarderi o oldu

26.01.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Cənubi Koreyanın Sam Chun Dang Pharm (SCD) şirkətinin hazırladığı arıqlama həbi investorlarda böyük maraq doğurub.
Demokrat.az xəbər verir ki, şirkətin Yaponiyanın dərman nəhəngi "Daiichi Sankyo" ilə bu preparatı birgə inkişaf etdirmək və kommersiyalaşdırmaq barədə razılaşması SCD səhmlərində kəskin bahalaşmaya səbəb olub.
Yanvar ayı ərzində şirkətin səhmləri 75%-dən çox yüksəlib. Bu artım nəticəsində SCD-nin sədri Yoon Dae-inin sərvəti artaraq 2,1 milyard dollar səviyyəsinə çatıb. O, şirkətin səhmlərinin 34%-nə sahibdir.
Xatırladaq ki, "Seul"un cənubunda fəaliyyət göstərən SCD inyeksiya dərmanlarını həb formasına çevirən S-Pass texnologiyası üzərində çalışır. Yeni arıqlama həbi də məhz bu texnologiya əsasında hazırlanıb. Razılaşmadan sonra şirkətin səhmləri əlavə olaraq təxminən 40% artıb.
SCD eyni zamanda uzunmüddətli təsirə malik inyeksiya texnologiyaları üzrə də irəliləyir. Şirkət Yaponiyanın Takeda şirkətinə məxsus prostat xərçəngi dərmanının uzunmüddətli versiyasının ABŞ-da satış hüququ ilə bağlı 2 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb.
2025-ci ilin ilk 9 ayında SCD-nin gəlirləri 6,3% artaraq 165,5 milyard von, xalis mənfəəti isə 76% yüksələrək 70 milyard von təşkil edib. (Valyuta.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью