Arıqlama dərmanı milyardlar gətirdi ölkənin ən yeni milyarderi o oldu
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Cənubi Koreyanın Sam Chun Dang Pharm (SCD) şirkətinin hazırladığı arıqlama həbi investorlarda böyük maraq doğurub.
Demokrat.az xəbər verir ki, şirkətin Yaponiyanın dərman nəhəngi "Daiichi Sankyo" ilə bu preparatı birgə inkişaf etdirmək və kommersiyalaşdırmaq barədə razılaşması SCD səhmlərində kəskin bahalaşmaya səbəb olub.
Yanvar ayı ərzində şirkətin səhmləri 75%-dən çox yüksəlib. Bu artım nəticəsində SCD-nin sədri Yoon Dae-inin sərvəti artaraq 2,1 milyard dollar səviyyəsinə çatıb. O, şirkətin səhmlərinin 34%-nə sahibdir.
Xatırladaq ki, "Seul"un cənubunda fəaliyyət göstərən SCD inyeksiya dərmanlarını həb formasına çevirən S-Pass texnologiyası üzərində çalışır. Yeni arıqlama həbi də məhz bu texnologiya əsasında hazırlanıb. Razılaşmadan sonra şirkətin səhmləri əlavə olaraq təxminən 40% artıb.
SCD eyni zamanda uzunmüddətli təsirə malik inyeksiya texnologiyaları üzrə də irəliləyir. Şirkət Yaponiyanın Takeda şirkətinə məxsus prostat xərçəngi dərmanının uzunmüddətli versiyasının ABŞ-da satış hüququ ilə bağlı 2 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb.
2025-ci ilin ilk 9 ayında SCD-nin gəlirləri 6,3% artaraq 165,5 milyard von, xalis mənfəəti isə 76% yüksələrək 70 milyard von təşkil edib. (Valyuta.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ən sağlam arıqlama üsulu
28 İyul 2025 20:12
Bu arıqlama dərmanı qadağan edildi ÖLDÜRÜR!
15 Noyabr 2024 13:37
Ozempikə rəqib arıqlama dərmanı gəlir Tirzetta
21 Fevral 2025 09:57
Məşhur arıqlama dərmanı ciddi xəstəlik yaradırmış
02 Noyabr 2025 13:28
Arıqlama dərmanı alkoqolizmə də çarə imiş
16 Oktyabr 2025 20:07
Baxış sayı:52
Bu xəbər 26 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları