Arıqlaya bilmirsinizsə, sizdə bu xəstəliklər ola bilər DİETOLOQ AÇIQLADI | Icma.az
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çəkini azaltmağın ən yaxşı üsulu qida miqdarını azaltmaq, sağlam qidalanmaq və fiziki aktivliyin artırılmasıdır.
Lakin bir çoxları ciddi idmanla məşğul olmalarına, pəhriz saxlamalarına, hətta ac qalmalarına baxmayaraq, çəki ata bilmirlər.
Bəs nə üçün bəzilər yedikləri qidanı azaldan kimi arıqlayır, digərlərində isə bu alınmır?
Medicina.az bu məsələyə aydınlıq gətirmək üçün endokrinoloq-dietoloq Arzu Məmmədovadan açıqlama alıb.
Həkimin sözlərinə görə, 90-95% hallarda piylənmənin səbəbi qeyri-düzgün qidalanma və qeyri-düzgün həyat şəraitidir: "5-10% hallarda isə bunun hormonal problemlərə bağlı olduğu məlum olur.
Əgər bir insan qidanı azaldaraq və idman edərək çəki atmağa nail ola bilmirsə, deməli, onun hansısa hormonal problemi mövcuddur.
Hormonlarda yaranan disbalans zamanı insanın çəki atması çətinləşir, hətta insan əlavə çəki alır".
Tam oxu
Xəbəri oxu