Icma.az
close
up
RU
Arıqlaya bilmirsinizsə, sizdə bu xəstəliklər ola bilər DİETOLOQ AÇIQLADI

Arıqlaya bilmirsinizsə, sizdə bu xəstəliklər ola bilər DİETOLOQ AÇIQLADI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çəkini azaltmağın ən yaxşı üsulu qida miqdarını azaltmaq, sağlam qidalanmaq və fiziki aktivliyin artırılmasıdır.

Lakin bir çoxları ciddi idmanla məşğul olmalarına, pəhriz saxlamalarına, hətta ac qalmalarına baxmayaraq, çəki ata bilmirlər.

Bəs nə üçün bəzilər yedikləri qidanı azaldan kimi arıqlayır, digərlərində isə bu alınmır?

Medicina.az bu məsələyə aydınlıq gətirmək üçün endokrinoloq-dietoloq Arzu Məmmədovadan açıqlama alıb.

Həkimin sözlərinə görə, 90-95% hallarda piylənmənin səbəbi qeyri-düzgün qidalanma və qeyri-düzgün həyat şəraitidir: "5-10% hallarda isə bunun hormonal problemlərə bağlı olduğu məlum olur. Əgər bir insan qidanı azaldaraq və idman edərək çəki atmağa nail ola bilmirsə, deməli, onun hansısa hormonal problemi mövcuddur. Hormonlarda yaranan disbalans zamanı insanın çəki atması çətinləşir, hətta insan əlavə çəki alır".

A.Məmmədova bildirib ki, çəki ata bilməyən insanlardan ilk növbədə hormonlardan analiz verməsini tələb edirlər: "Bu analizlərə ilk növbədə qalxanvarı vəzin, böyrəküstü vəzinin xəstəlikləri, həmçinin, prolaktin hormonunun normadan artıq olması və s. piylənməyə səbəb ola bilər.  Qalxanvari vəzin sintez etdiyi hormonların çatışmazlığı bədəndə ödəmin yaranmasına səbəb olur. Bundan əlavə, böyrəküstü vəzinin hormonu olan stress hormonları da arıqlamaqda çətinlik yaradır. Hiperkartisizm sindromu və ya başqa sözlə Kuşinq sindromu zamanı qanda stress hormonu hesab olunan kortizolun yüksəlməsi ilə əlaqədar meydana çıxan xəstəlikdir. Bu sindrom zamanı da artıq çəki müşahidə edilir.  Cinsi hormonların çatışmazlığı da artıq çəki pobleminə səbəb olur. Bu hormonlara testosteron və progesteron hormonları aid edilir".

Həkim deyib ki, uzun müddət ərzində istifadə edilən hamiləlik əleyhinə kontraseptivlər də hormonal tərkibli olduğu üçün çəki artımına səbəb olur: "Bundan başqa, bəzən bir sıra dərmanlar da, məsələn, antidepresantlar da çəki artıra bilər. Bəzən isə tam əksinə, antidepresant dərmanlar çəkinin azalmasına gətirib çıxarır".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri