Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Erməni viste-spiker Özbəkistanda hansı “mahnını” oxudu?
Bir müddət əvvəl Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sarkis Xandanyan sülh müqaviləsinin mətni ətrafında parlametlərarası müzakirənin təşkili ilə bağlı azərbaycanlı həmkarı Səməd Seyidova təklif ünvanladığını bildirmişdi.
Xandanyanın dediyinə inansaq, cənab Seyidov bu təklifinə görə erməni həmkarını “populist” adlandırıb.
Əlbəttə, deyə bilmərik ki, azərbaycanlı komitə sədri belə bir ifadəni işlədib, yoxsa yox. Ancaq işlədibsə, lap doğru edib.
Çünki sülh müqaviləsinin imzalanmasına dair Azərbaycanın irəli sürdüyü iki şərt var.
Söhbət ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Bakının və İrəvanın birgə müvafiq müraciət ünvanlamasından və Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir.
Bir sözlə, Azərbaycan dövləti erməni işğalı və ərazi iddiası üçün hansısa tutacaq yerinin qalmamasında israrlıdır və məsələ prinsipial əhəmiyyət daşıyır.
Populizm isə bu prinsipiallığı ciddi qarşılamamaq, gəlişigözəl ifadələrlə siyasi gəzişmələrə baş vurmaqdır.