Icma.az
close
up
RU
Arşakyan da populist çıxdı

Arşakyan da populist çıxdı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Erməni viste-spiker Özbəkistanda hansı “mahnını” oxudu?

Bir müddət əvvəl Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri, hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sarkis Xandanyan sülh müqaviləsinin mətni ətrafında parlametlərarası müzakirənin təşkili ilə bağlı azərbaycanlı həmkarı Səməd Seyidova təklif ünvanladığını bildirmişdi. Xandanyanın dediyinə inansaq, cənab Seyidov bu təklifinə görə erməni həmkarını “populist” adlandırıb.

Əlbəttə, deyə bilmərik ki, azərbaycanlı komitə sədri belə bir ifadəni işlədib, yoxsa yox. Ancaq işlədibsə, lap doğru edib. Çünki sülh müqaviləsinin imzalanmasına dair Azərbaycanın irəli sürdüyü iki şərt var. Söhbət ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı Bakının və İrəvanın birgə müvafiq müraciət ünvanlamasından və Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. Bir sözlə, Azərbaycan dövləti erməni işğalı və ərazi iddiası üçün hansısa tutacaq yerinin qalmamasında israrlıdır və məsələ prinsipial əhəmiyyət daşıyır. Populizm isə bu prinsipiallığı ciddi qarşılamamaq, gəlişigözəl ifadələrlə siyasi gəzişmələrə baş vurmaqdır.

Əlbəttə, erməni iqtidarının populistlərdən təşkil olunduğunu yaxşı bilirik. Nəzərə alaq ki, baş nazir Nikol Paşinyan da 2018-ci ildə xalqa belə vədlər verərək hakimiyyətə gəlib. Balıq isə başdan iylənir. Ancaq bir qədər konkretləşdirərək onu da bildirək ki, Ermənistan parlamentində S.Xandanyandan başqa da “populist” peyda olub. Erməni Milli Assambleyasının vitse-spikeri Akop Arşakyan Parlamentlərarası İttifaqın Özbəkistanda keçirilmiş 150-ci assambleyasındakı çıxışında rəsmi İrəvanın “sülh qaranquşluğunu” əks etdirən pafoslu fikirlər səsləndirib. O, ölkəsinin inkişafı ilə bağlı boğazdanyuxarı danışdıqdan sonra Azərbaycan – Ermənistan sülh prosesinin üzərinə gəlib. Barışın əldə olunmasının bəzən çətin proses olduğunu bildirən A.Arşakyanın sözlərinə görə, mövcud istiqamətdəki səylər səmərə verir.

Əlbəttə, biz də razıyıq ki, Bakı ilə İrəvanın sülh müqaviləsinin bütün bəndlərini razılaşdırmaları müsbət haldır və pozitiv ab-hava yaradır. Amma yuxarıda vurğuladığımız iki şərt var. O da məlumdur ki, rəsmi Bakı sözügedən razılığın əldə edilməsi ilə pararlel şəkildə həmin şərtlərin gündəmdə olduğunu açıqlamışdı. Bu, Azərbaycanın həmişəki mövqeyinə sadiqliyinin göstəricisi idi. Lakin erməni tərəfi, xüsusən baş nazir N.Paşinyan dərhal bildirdi ki, Ermənistan konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupunun ləğvinə gəlincə, məsələyə yalnız sülh müqaviləsi imzalandıqdan sonra baxıla bilər. Ardınca isə erməni silahlı qüvvələri şərti sərhəddə atəşkəs rejimini pozdular. Belə hallar bu gün də davam edir...

Uzun sözün qısası, hər şey ortadaykən, A.Arşakyanın nüfuzlu tribunadan sülh müqaviləsinin imzalanmasından danışması, Ermənistanın buna hazır olduğunu yüksək səslə bəyan etməsi, yumşaq desək, populistlikdir. Nəzərə alaq ki, populistliyin pataloji xəstəlik təzahürü boşboğazlıqdır. Ən böyük boşboğazlıq isə erməni vitse-spikerin Azərbaycana ünvanladığı çağırışdır. Qeyd edək ki, Arşakyan çağırışına saxta sentimentalizmə və pafosa bürünmüş ifadələr də qatıb. Elə qatıb ki, sadəlövh adam kövrələrdi: “Azərbaycanı xalqlarımız üçün dinc və firavan gələcəyə doğru bu mühüm addımda bizə qoşulmağa dəvət edirik”.

A.Arşakyanın bu fikrindən sonra, istər-istəməz, 1956-cı ildə bəstələnmiş, sözləri Zeynal Cabbarzadəyə, musiqisi Andrey Babayevə məxsus, zamanında böyük sənətkarlarımız Şövkət Ələkbərova və Zeynəb Xanlarova tərəfindən ifa edilmiş “Dostluq” mahnısı yada düşür. Həmin mahnının “qardaş olub Hayastan–Azərbaycan”, “Kür, Araz, Ararat, nə gözəldir bu həyat” kimi beynəlmiləl sözləri var idi və keçmiş SSRİ dövründə Azərbaycan–Ermənistan dostluq münasibətlərini tərənnüm edirdi.

Şübhəsiz, diqqətə çatdırdığımız mahnı ideoloji xarakter daşıyırdı. Çünki Sovet İttifaqı rəhbərliyinə ermənilərin Azərbaycana qarşı ərazi iddiasının olduğu yaxşı bəlli idi və bu mənfur niyyət dəfələrlə özünü göstərmişdi. Görünür, musiqi parçası vəziyyəti yumşaltmaq məqsədi daşıyırmış. O da faktdır ki, erməni xəstəliyinin ayıbını, az-maz da olsa, örtən SSRİ idi.

Sovetlər Birliyininin süqutuna doğru hayların Qarabağ avantürası start götürdü. Gənc A.Arşakyanın isə “xalqlarımız” deyərək, Özbəkistanda keçirilmiş mühüm tədbirdə yalnız mahnı oxuması çatışmırdı. Sanki işğal olmayıbmış, sanki iki müharibə baş verməyibmiş və sanki təmsil olunduğu hakim erməni komandası indi də sülh zəngulələri ilə siyasi saxtakarlıq etmirmiş, anti-Azərbaycan təbliğat aparmırmış. Necə deyərlər, utanmasan, oynamağa nə var?

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri