Arsenal Arda Güləri transfer etmək istəyir

20.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın və Türkiyə millisinin futbolçusu Arda Güləri transfer etmək istəyir.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə icarəyə götürə bilər.

Onun "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən İngiltərə təmsilçisinin ona təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, A.Gülər cari mövsüm "Real"ın heyətində 12 oyunda meydana çıxsa da, məhsuldarlıqla yadda qalmayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью