Arsenal Arda Güləri transfer etmək istəyir
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın və Türkiyə millisinin futbolçusu Arda Güləri transfer etmək istəyir.
"Report" "Sport.es"ə istinadən xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə icarəyə götürə bilər.
Onun "Real"dakı durumundan narazı olduğu və bu səbəbdən İngiltərə təmsilçisinin ona təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, A.Gülər cari mövsüm "Real"ın heyətində 12 oyunda meydana çıxsa da, məhsuldarlıqla yadda qalmayıb.

Arsenal Arda Güləri transfer etmək istəyir
20 Noyabr 2024 12:10
Arsenal Arda Güləri transfer edə bilər
20 Noyabr 2024 11:54
Arsenal Arda Güləri “Real”dan transfer etməkdə maraqlıdır
20 Noyabr 2024 18:57
Üç Avropa nəhəngi Arda Güləri transfer etmək istəyir
20 Fevral 2025 17:30

