Arsenal Bernabeu nu da fəth etdi | Icma.az
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.
Turnir bu mərhələdə həm son finalçısını, həm də son qalibini itirdi.
Son finalçı Dortmund ''Borussiya''sı ''Barselona'' səddini aşa bilmədisə, son qalib statusunda olan ''Real'' ''Arsenal'' ilə bacara bilmədi.
Səfərdəki 0:3 hesablı acı məğlubiyyətdən sonra Madrid nəhənginin həm fanatları, həm də oyunçuları bir həftə geridönüşün xəyalları ilə yaşasalar da, reallıq tamam başqa cür oldu.
''Blankos'' ''kambək'' bir yana, heç təsəlli qələbəsini də qazana bilmədi!
Karlo Ançelottinin komandası London klubuna öz meydanında 1:2 uduzaraq mübarizəni dayandırdı.
Hətta oyunun əvvəllərində Sakanın penaltisini dəf edən Kurtuanın qəhrəmanlığı da bir işə yaramadı.
Saka fasilədən sonra qol vurmaqla günahını yudu. Bu qoldan dərhal sonra Salibanın kobud səhvi Vinisiusun bərabərlik qolunu vurması ilə nətic
Tam oxu
Xəbəri oxu