Icma.az
close
up
RU
Arsenal Bernabeu nu da fəth etdi

Arsenal Bernabeu nu da fəth etdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.

Turnir bu mərhələdə həm son finalçısını, həm də son qalibini itirdi. Son finalçı Dortmund ''Borussiya''sı ''Barselona'' səddini aşa bilmədisə, son qalib statusunda olan ''Real'' ''Arsenal'' ilə bacara bilmədi. Səfərdəki 0:3 hesablı acı məğlubiyyətdən sonra Madrid nəhənginin həm fanatları, həm də oyunçuları bir həftə geridönüşün xəyalları ilə yaşasalar da, reallıq tamam başqa cür oldu. ''Blankos'' ''kambək'' bir yana, heç təsəlli qələbəsini də qazana bilmədi! Karlo Ançelottinin komandası London klubuna öz meydanında 1:2 uduzaraq mübarizəni dayandırdı. Hətta oyunun əvvəllərində Sakanın penaltisini dəf edən Kurtuanın qəhrəmanlığı da bir işə yaramadı. Saka fasilədən sonra qol vurmaqla günahını yudu. Bu qoldan dərhal sonra Salibanın kobud səhvi Vinisiusun bərabərlik qolunu vurması ilə nəticələndi. Vini ''Real''da ümumilikdə 105-ci qolunu vurmaqla Ronaldonu (104) geridə qoydu və klub tarixinin ən məhsuldar braziliyalı futbolçusuna çevrildi. Amma ''kral klubu'' üçün qatar artıq getmişdi. Bütün komanda ilə irəli atılan və müdafiəni unudan ''Real'' son anlarda əks-hücumda daha bir qol buraxdı. Martinelli ''Santyaqo Bernabeu''nu susduraraq yekun nəticəni müəyyənləşdirdi.
Beləliklə, ''Real'' 2020-ci ildən bu yana ilk dəfə ÇL-də yarımfinaldan kənar qaldı. Madrid nəhəngi həm də trebl, yəni bir mövsümə hər üç ciddi titulu qazanmaq şansını itirdi. Qeyd edək edək ki, ''Real'' tarixi ərzində heç vaxt trebl qazanmayıb! ''Real'' bu mövsüm rəsmi matçlarda 12-ci dəfə məğlub oldu. Bu, Ançelottinin dönəmində antirekordun təkrarlanması deməkdi. Komanda bu məşqçi ilə daha öncə 2022/23-də də 12 dəfə uduzmuşdu.
''Arsenal''ın isə 2009-dan bu yana ilk dəfə ÇL-də yarımfinala yüksəldiyini bildirək. Bu komanda tarixi ərzində heç vaxt ÇL qazanmayıb. Beləliklə, yarımfinalda ''Arsenal'' PSJ ilə, ''Barselona'' isə ''İnter'' ilə qarşılaşacaq. Turnirdə bir ölkədən birdən artıq klubun oynamasına icazə verildiyi vaxtdan, yəni 1999/00-dən bu yana cəmi 4-cü dəfə yarımfinalda 4 fərqli ölkənin təmsilçiləri iştirak edəcək. Bu hal daha öncə 2003/04 (İngiltərə, İtaliya, Fransa, Portuqaliya), 2009/10 (İtaliya, İspaniya, Almaniya, Fransa) və 2017/18-də (İtaliya, İspaniya, Almaniya, İngiltərə) baş vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri