Arsenal dan son 20 ilin ən yaxşı nəticəsi

09.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Arsenal" Çempionlar Liqasında son 20 ilin ən yaxşı klub göstəricisinə imza atıb.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.

London təmsilçisi ÇL-in 1/4 finalının ilk oyunları çərçivəsində evdə "Real"a 3:0 hesabı ilə qalib gəlib. Komanda turnirdə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb. 

"Arsenal" həmin 7 görüşün 6-da qalib gəlib, 1 dəfə heç-heçə edib. Bu, İngiltərə klubunun 2004-2005 mövsümündən indiyədək ən yaxşı göstəricisidir. 

Xatırladaq ki, “Arsenal” tarixində Çempionlar Liqasını heç vaxt qazanmayıb. "Arsenal" sonuncu dəfə 2006-cı ildə  finalda çıxış edib və "Barselona"ya uduzub. 

Qeyd edək ki, "Real" - "Arsenal" cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью