Arsenal dan son 20 ilin ən yaxşı nəticəsi
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Arsenal" Çempionlar Liqasında son 20 ilin ən yaxşı klub göstəricisinə imza atıb.
QOL.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
London təmsilçisi ÇL-in 1/4 finalının ilk oyunları çərçivəsində evdə "Real"a 3:0 hesabı ilə qalib gəlib. Komanda turnirdə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.
"Arsenal" həmin 7 görüşün 6-da qalib gəlib, 1 dəfə heç-heçə edib. Bu, İngiltərə klubunun 2004-2005 mövsümündən indiyədək ən yaxşı göstəricisidir.
Xatırladaq ki, “Arsenal” tarixində Çempionlar Liqasını heç vaxt qazanmayıb. "Arsenal" sonuncu dəfə 2006-cı ildə finalda çıxış edib və "Barselona"ya uduzub.
Qeyd edək ki, "Real" - "Arsenal" cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















