Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş üçün rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, London klubu braziliyalı futbolçunun keçidi üçün “Nyukasl”a 55 milyon funt-sterlinq, yəni 64 milyon avro təklif edib.
Lakin “sağsağanlar” bu təklifi rədd edib. “Arsenal” 28 yaşlı yarımmüdafiəçi üçün yeni təklif hazırlayır.
Gimaraeşin qiymətinin DÇ-2026-dakı uğurlu çıxışından sonra artdığı bildirilir. O, mundialın qrup mərhələsində keçirdiyi 3 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Gimaraeş ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 41 matça çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
DÇ-2026: Paraqvay - Avstraliya matçının heyətləri açıqlandı Montelladan futbolçularına çağırış - “Ruh görmək istəyirəm” Türkiyə - ABŞ: Heyətlər Niderlandın rəqibi bəlli oldu - 1/16 finalda Mərakeşlə qarşılaşacaq Ekvadorun qəhrəmanı - Anqulo matçın oyunçusu seçildi