“Arsenal”dan 64 milyonluq təklif: “Nyukasl” ulduzunu buraxmadı
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş üçün rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, London klubu braziliyalı futbolçunun keçidi üçün “Nyukasl”a 55 milyon funt-sterlinq, yəni 64 milyon avro təklif edib.
Lakin “sağsağanlar” bu təklifi rədd edib. “Arsenal” 28 yaşlı yarımmüdafiəçi üçün yeni təklif hazırlayır.
Gimaraeşin qiymətinin DÇ-2026-dakı uğurlu çıxışından sonra artdığı bildirilir. O, mundialın qrup mərhələsində keçirdiyi 3 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Gimaraeş ötən mövsüm “Nyukasl”ın heyətində bütün turnirlərdə 41 matça çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:“Nyukasl” və “Arsenal”dan qələbə
15 Mart 2026 00:16
“Nyukasl”dan 80 milyonluq təklif
05 Avqust 2025 16:54
“Arsenal”dan 70 milyonluq təklif hazırlığı
24 İyul 2026 10:20
Nyukasl dan 65 milyonluq həmlə
15 Avqust 2026 21:52
“Arsenal”ın təklifi rədd edildi “Nyukasl”dan sərt qərar
08 İyul 2026 17:41
Baxış sayı:183
Bu xəbər 26 İyun 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















