Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır. Premyer-liqada mübarizə sürət yığır.
"Football-plus.az" xəbər verir ki, 3-cü tur çempionluğa əsas iddiaçıların dueli ilə əlamətdar oldu.
“Arsenal”ı məğlub edən “Liverpul” titulu təhvil vermək niyyətində olmadığını göstərdi.Nəhənglərdən “Mançester Siti” mövsümdəki 2-ci, “Arsenal”la “Tottenhem” 1-ci məğlubiyyətini aldı.
“Mançester Yunayted” çətinliklə ilk qələbəsini qazandı, “Çelsi” də “Fulhem”dən üstün oldu.Çempion startda xal itirməyib.
“Liverpul” “Arsenal”la oyunda çətin qələbə qazandı. Ancaq tarixdə oyunun axarı yox, nəticə qalır.
İlk yarı çox sönük, qarşılıqlı pressinqlə zəngin mübarizə şəraitində keçdi. Bir-birindən çəkinən rəqiblər bütün “kartları açmırdı”.
Daha çox hücum edən qonaqlar bir qədər fəal görünürdü. Ancaq bu fəallıq “Liverpul” müdafiəsini yarmağa imkan vermədi.
2-ci hissə də eyni şəkildə başladı, ancaq “Liverpul” tədricən oyunun axarını dəyişdi.