Icma.az
close
up
RU
“Arsenal”la “Tottenhem” mövsümdə ilk dəfə uduzdu

“Arsenal”la “Tottenhem” mövsümdə ilk dəfə uduzdu

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Premyer-liqada mübarizə sürət yığır.

"Football-plus.az" xəbər verir ki, 3-cü tur çempionluğa əsas iddiaçıların dueli ilə əlamətdar oldu. “Arsenal”ı məğlub edən “Liverpul” titulu təhvil vermək niyyətində olmadığını göstərdi.
Nəhənglərdən “Mançester Siti” mövsümdəki 2-ci, “Arsenal”la “Tottenhem” 1-ci məğlubiyyətini aldı. “Mançester Yunayted” çətinliklə ilk qələbəsini qazandı, “Çelsi” də “Fulhem”dən üstün oldu.
Çempion startda xal itirməyib. “Liverpul” “Arsenal”la oyunda çətin qələbə qazandı. Ancaq tarixdə oyunun axarı yox, nəticə qalır. İlk yarı çox sönük, qarşılıqlı pressinqlə zəngin mübarizə şəraitində keçdi. Bir-birindən çəkinən rəqiblər bütün “kartları açmırdı”. Daha çox hücum edən qonaqlar bir qədər fəal görünürdü. Ancaq bu fəallıq “Liverpul” müdafiəsini yarmağa imkan vermədi. 2-ci hissə də eyni şəkildə başladı, ancaq “Liverpul” tədricən oyunun axarını dəyişdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun taleyini Soboslainin möhtəşəm cərimə zərbəsi müəyyənləşdirdi. “Arsenal”ın sondakı hücum dalğası heç bir nəticə vermədi.
Ötən tur “Vest Hem”i darmadağın edən “Çelsi” bu dəfə evdə “Fulhem”lə qarşılaşdı. Mareska artıq debütdə məcburi dəyişiklik etdi – Delapın əvəzinə meydana Corc çıxdı. “Bağbanlar” hətta “Çelsi”nin qapısına yol tapsa da, vəziyyəti öyrənən referi qolu qeydə almadı, ona görə ki, hücum zaçamı Muniz Çalobanın ayağını tapdamışdı. Bu dəqiqələrdə daha fəal təsir bağışlayan qonaqlar Sançesi dəfələrlə narahat etdi. Yalnız hissənin sonunda “zadəganlar” hesabda irəli çıxa bildi: Fernandesin künc zərbəsindən asmasını Pedro başla tamamladı. 2-ci hissənin əvvəlində “Çelsi” penalti qazandı – Çalobanın zərbəsindən sonra top Sessenyonun dirsəyinə dəydi. “Nöqtə”yə yaxınlaşan Fernandes fərqi artırdı. Əslində qalan vaxt ərzində də “Çelsi” 3-cü qolu vurmağa daha yaxın idi, nəinki “Fulhem” fərqi azaltmağa.
“Tottenhem” cari mövsümdə ilk dəfə uduzdu. “Bornmut”a 3 xalı Evanilsonun erkən qolu qazandırdı. “Nottingem Forest” evdə “Vest Hem” önündə darmadağın oldu. MS ardıcıl 2-ci oyunda məğlubiyyətlə barışdı. Özü də “şəhərlilər” ilk yarıdan sonra öndə idi. Nəhayət, MY azarkeşlərinin də küçəsində bayramdı. “Qırmızı şeytanlar”ın qələbəsi dramatik alındı. Amorimin komandası elitanın debütantı “Bernli”nin müqavimətini lap sonda qırdı – 3:2. “Everton” da səfərdə “Vulverhempton”a eyni hesabla qalib gəldi. “Sanderlend” “Brentford”la ev oyununda çətin qələbə qazandı. “Lids” – “Nyukasl” oyununda qapılara qol vurulmadı. “Kristal Pelas” səfərdə “Aston Villa”nı darmadağın etdi.
3-cü tur
Liverpul – Arsenal 1:0

Soboslai, 83.
Liverpul: Alisson, Soboslai, Van Diyk, Konate (Qomes, 79), Kerkez, Qravenberx, Makallister (Cons, 62), Salah, Virts (Endo, 90), Qakpo, Ekitike (Kyeza, 79).
Arsenal: Rayya, Timber, Saliba (Moskera, 5), Qabriel, Kalafyori, Merino (Edeqor, 70), Subimendi, Rays, Madueke (Douman, 89), Dyökereş, Martinelli (Eze, 70).
Çelsi – Fulhem 2:0
Pedro, 45+9. Fernandes, 56-p.
Çelsi: Sançes, Hüsto, Çaloba, Adarabioyo, Kukurelya, Kaysedo, Fernandes, Estevao (Gittens, 68), Pedro, Neto (Ceyms, 81), Delap (Corc, 14/Santos, 81).
Brayton – Mançester Siti 2:1
Milner, 67-p. Qruda, 89 – Holann, 34. (31485)
MS: Trefford, Nunyeş (Lüis, 84), Xusanov (Diaş, 84), Stounz, Ayt-Nuri, B.Silva (O’Rayli, 72), Rodri, Reynders, Bobb, Holann, Marmuş (Dokyu, 72).
Mançester Yunayted – Bernli 3:2
Kallen, 27-öz qapısına. Mbemo, 57. Fernandeş, 90+7-p. – Foster, 55. Entoni, 66.
MY: Bayındır, Yoro (Mazraui, 85), De Liqt, Şou, Dyallo, Kazemiro (Hiton, 72), Fernandeş, Dalot, Mbemo, Maunt (Maynu, 46), Kunya (Zirkzee, 31).
Tottenhem – Bornmut 0:1
Evanilson, 5. (61250)
Tottenhem: Vikario, Porro (Udoci, 71), Romero, Van de Ven, Spens, Sarr (Tel, 76), Palyinya (Berqvall, 54), Bentankur, Kudus, Rişarlison, Conson (Odober, 54).
Aston Villa – Kristal Pelas 0:3
Mateta, 21-p. Qehi, 68. Sarr, 78. (41036)
Vulverhempton – Everton 2:3
Hi Çan Hvan, 21. Qomeş, 79 – Betu, 7. Ndiay, 33. Dyusberi-Holl, 55. (30271)
Sanderlend – Brentford 2:1
Le Fe, 81-p. İzidor, 90+6 – Tyaqo, 77. (46267)
Lids – Nyukasl 0:0
(36727)
Nottingem Forest – Vest Hem 0:3
Bouen, 84. Paketa, 87-p. Uilson, 90+1. (30215)
1. Liverpul 3 3 0 0 8-4 9
2. Çelsi 3 2 1 0 7-1 7
3. Arsenal 3 2 0 1 6-1 6
4. Tottenhem 3 2 0 1 5-1 6
5. Everton 3 2 0 1 5-3 6
6. Sanderlend 3 2 0 1 5-3 6
7. Bornmut 3 2 0 1 4-4 6
8. Kristal Pelas 3 1 2 0 4-1 5
9. Mançester Y. 3 1 1 1 4-4 4
10. Nottingem Forest 3 1 1 1 4-5 4
11. Brayton 3 1 1 1 3-4 4
12. Lids 3 1 1 1 1-5 4
13. Mançester S. 3 1 0 2 5-4 3
14. Bernli 3 1 0 2 4-6 3
15. Brentford 3 1 0 2 3-5 3
16. Vest Hem 3 1 0 2 4-8 3
17. Nyukasl 3 0 2 1 2-3 2
18. Fulhem 3 0 2 1 2-4 2
19. Aston Villa 3 0 1 2 0-4 1
20. Vulverhempton 3 0 0 3 2-8 0
Bombardir: Holann (MS) – 3.
Növbəti turun oyunları sentyabrın 13-14-də keçiriləcək: Arsenal – Nottingem Forest, Bernli – Liverpul, Bornmut – Brayton, Brentford – Çelsi, Vest Hem – Tottenhem, Kristal Pelas – Sanderlend, Mançester Siti – Mançester Yunayted, Nyukasl – Vulverhempton, Fulhem – Lids, Everton – Aston Villa.
Turun rəqəmi
100 – MS-nin heyətində premyer-liqada keçirdiyi oyun sayını bu həddə çatdıran Holann 88-ci dəfə fərqləndi. Heç kim ilk 100 oyunda norveçli qədər qol vura bilməyib. Bu göstəricidə ondan sonrakı pillələrdə Şirer (79), Van Nistelroy (68) və Aquero (64) qərarlaşıb.
Turun ulduzu
Cek Qriliş (Everton) – MS-dən icarəyə götürülən yarımmüdafiəçi Moyesin komandası maksimal dərəcədə tez uyğunlaşdı və dərhal özünü göstərməyə başladı. Məhz onun iki məhsuldar ötürməsi “Vulverhempton” üzərindəki qələbədə önəmli rol oynadı. Belə görünür, Qvardiola onun xidmətindən heç də düzgün yararlanmırmış.
Turun sitatı
Peter Şmeyhel, MY-nin sabiq qapıçısı:

“Həyatda heç vaxt heç bir komandaya “Liverpul”a son oyundakı qədər qələbə arzulamamışam. “Arsenal”ın oyunu iyrəncdi. Arteta, komandana futbol oynamağa imkan ver! Oyunçulara azadlıq ver! Tam əminəm ki, Arteta belə etsə, komandası daha çox qələbə qazanacaq. “Arsenal”ı təhqir etmək istəmirəm, ancaq bu komandanın oyununa baxmaq qorxuncdu”.


Faktlar
* MS 2000-ci illərin əvvəlindən bəri çempionata ilk üç oyunda 2 məğlubiyyət ilə başlamamışdı. Komanda sonuncu dəfə belə uğursuzluğu 2004-də yaşayıb və həmin mövsümü 8-ci yerdə bitirib.
* Milner premyer-liqada 39 yaş 239 günlüyündə qol vurdu. “Brayton”un yarımmüdafiəçisi MS ilə oyunda penaltini qola çevirməklə buna nail oldu. Yalnız Şeringem bu liqada daha güc – 40 yaş 268 günlüyündə fərqlənməyi bacarıb.
* “Luverpul” premyer-liqada ardıcıl qol vurduğu oyunların sayına görə klub rekordu müəyyənləşdirdi. “Qırmızılar” ardıcıl 37-ci oyunda rəqib qapısına yol tapdı ki, əvvəllər belə uğurlu seriya olmayıb. Mersisaydlılar sonuncu dəfə çempionatda 2024-cü ilin sentyabrında – “Nottingem Forest”lə oyuna (0:1) qol vurmayıb.
Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Oyunun taleyini hələ ilk yarıda həll etməliydik, ancaq hər şeyi mürəkkəbləşdirdiyimizdən son dəqiqəyə qədər mübarizə aparmalı oluruq. İlk yarıya baxın, hədsiz çox qol şansımız var idi. Hiss olunurdu ki, oyunun axarına nəzarət edə bilərik. Ancaq bir aut, bir standart vəziyyət. Başımı buladım, çünki futbol bəzən belə də olur. İrəlidə hazırlıq üçün iki həftə var. Bu, qalib gəlməli olduğumuz oyun idi, ancaq hələ çox iş görməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri