Artımlar 3 milyon insana şamil ediləcək Əhaliyə ŞAD XƏBƏR | Icma.az
Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunur.
Fərqli dövlət qurumlarının rəhbərləri tərəfindən növbəti ildə həm sosial artımlar, həm də bu istiqamətdə həyata keçiriləcək işlərlə bağlı məlumatlar verilib.
Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi və bu sosial islahat paketinin 3 milyona qədər insanı əhatə edəcəyi açıqlanıb.
Bəs müzakirələrdən sonra maaş və pensiyalarda neçə faiz artım olacaq? Ümumilikdə artım mexanizmi necə həyata keçirləcək?
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artması və minimum pensiyada artım fərqli anlayışlardır: "Minimum pensiyadakı artım Prezidentin göstərişinə uyğun olaraq həyata keçirilir və bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanır və bu da minimum əmək haqqının artmasına gətirib çıxarır.
Əmək pensiyalarındakı artım əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir.
Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizi elan olunduqdan sonra ölkə başçısı tərəfindən sərəncam imzalanır və bununla da bütün növ əmək pensiyaları indeksləşdirilir.
Tam oxu
Xəbəri oxu