Icma.az
close
up
RU
Artımlar 3 milyon insana şamil ediləcək Əhaliyə ŞAD XƏBƏR

Artımlar 3 milyon insana şamil ediləcək Əhaliyə ŞAD XƏBƏR

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirə olunur. Fərqli dövlət qurumlarının rəhbərləri tərəfindən növbəti ildə həm sosial artımlar, həm də bu istiqamətdə həyata keçiriləcək işlərlə bağlı məlumatlar verilib. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi və bu sosial islahat paketinin 3 milyona qədər insanı əhatə edəcəyi açıqlanıb. Bəs müzakirələrdən sonra maaş və pensiyalarda neçə faiz artım olacaq? Ümumilikdə artım mexanizmi necə həyata keçirləcək?


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artması və minimum pensiyada artım fərqli anlayışlardır:

"Minimum pensiyadakı artım Prezidentin göstərişinə uyğun olaraq həyata keçirilir və bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanır və bu da minimum əmək haqqının artmasına gətirib çıxarır.

Əmək pensiyalarındakı artım əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir. Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizi elan olunduqdan sonra ölkə başçısı tərəfindən sərəncam imzalanır və bununla da bütün növ əmək pensiyaları indeksləşdirilir. Yəni əmək pensiyalarının indeksləşdirilməsi faizi bu təkliflər və ya bütövlükdə digər layihələr əsasında həyata keçirilir. Bu, əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilərək artırılır. Burada yeganə meyar əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artması faizidir".

Millət vəkili qeyd edib ki, ilk 10 ayın yekunlarında orta aylıq əmək haqqındakı artım 8 faiz olub:

"İlin sonuna qədər əgər bu rəqəm dəyişməzsə, o halda məhz həmin rəqəmə uyğun əmək pensiyaları indeksləşdiriləcək. Bu, bütün növ əmək pensiyalarını əhatə edəcək. Həm yaşa görə əmək pensiyası, həm ailə başçısını itirməyə görə əmək pensiyası, eyni zamanda, əlilliyə görə əmək pensiyası da buna aid olacaq.

Bir məsələni də qeyd edim ki, ölkə üzrə pensiyalarda deyil, minimum pensiyada iki rəqəmli artım təklif olunur. Son rəqəm sosial paket elan olunan zaman bəlli olacaq. Amma əmək pensiyaları birbaşa orta aylıq əmək haqqındakı artıma uyğun indeksasiyadır. Çünki bu, qanunvericiliklə tənzimlənən bir proseduradır.

2025-ci ildə sosial paketin daha da dərinləşəcəyi gözlənilir. Büdcə müzakirələri göstərir ki, digər istiqamətlərdə bir sıra müavinətlərdə və eləcə də təqaüdlərdə artımların həyata keçirilməsi gözləniləndir.

Sosial paket büdcə müzakirələri və büdcə layihəsində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq formalaşdırılır. Bu zaman cənab Prezidentin göstərişləri əsasında uyğun minimum əmək haqqı, minimum pensiya və digər istiqamətlərdə artımların həyata keçirilməsi nəzərdə tutulub. Bu baxımdan sosial paket gözlənilir ki, əhatə baxımdan bir sıra yardımları və müavinətləri də əhatə edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 22 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri