Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniya nəhəngi "Atletik Bilbao" ilə qarşılaşacaq.
Görüşün həm maraqlı, həm də çətin olacağı çoxuna sirr deyil.
Moderator.az xəbər verir ki, Teleqraf-a müsahibə verən Ağdam klubunda 5 il çıxış etmiş ispaniyalı futbolçusu Dani Kintana bu qarşılaşma barədə fikirlərini bölüşüb.
– Sabiq klubunuz “Qarabağ” bu gün “Atletik”lə qarşılaşacaq. Qarşılaşmadan gözləntiləriniz nələrdir? – “Qarabağ üçün çətin oyun olacaq.
Artıq onlar üçün heç nə sürpriz sayılmır. “San Mames” isə İspaniyanın ən güclü komandaları üçün belə çətin stadiondur.
Hər şey mümkündür, amma xal qazanmaq üçün çox çalışmalı olacaqlar. – Bilbaodakı futbol atmosferini necə təqdim edərdiniz?
– Bilbaoda atmosfer möhtəşəmdir. İspaniyada ən yaxşılarından biridir.