Icma.az
close
up
RU
Artıq “Qarabağ” üçün heç nə sürpriz sayılmır” Dani Kintana ilə MÜSAHİBƏ

Artıq “Qarabağ” üçün heç nə sürpriz sayılmır” Dani Kintana ilə MÜSAHİBƏ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniya nəhəngi "Atletik Bilbao" ilə qarşılaşacaq. Görüşün həm maraqlı, həm də çətin olacağı çoxuna sirr deyil.

Moderator.az xəbər verir ki, Teleqraf-a müsahibə verən Ağdam klubunda 5 il çıxış etmiş ispaniyalı futbolçusu Dani Kintana bu qarşılaşma barədə fikirlərini bölüşüb.

– Sabiq klubunuz “Qarabağ” bu gün “Atletik”lə qarşılaşacaq. Qarşılaşmadan gözləntiləriniz nələrdir?

– “Qarabağ üçün çətin oyun olacaq. Artıq onlar üçün heç nə sürpriz sayılmır. “San Mames” isə İspaniyanın ən güclü komandaları üçün belə çətin stadiondur. Hər şey mümkündür, amma xal qazanmaq üçün çox çalışmalı olacaqlar.

– Bilbaodakı futbol atmosferini necə təqdim edərdiniz?

– Bilbaoda atmosfer möhtəşəmdir. İspaniyada ən yaxşılarından biridir. Bu, "Qarabağ" futbolçuları üçün zövq almalı olduqları və eyni zamanda müsbət nəticə gətirməyə çalışmalı bir oyundur.

– “Atletik”in baş məşqçisi yerli mediaya açıqlamasında Azərbaycan təmsilçisinə qalib gələcəklərini bildirib. Siz bu fikrə necə yanaşırsınız?

– Məncə, baş məşqçi fikirləşdiklərini deməli və buna inanmalıdır. Amma əminəm ki, o da bilir ki, bu, onlar üçün də çətin oyun olacaq.

– Sizcə, hər iki komandanın güclü və zəif tərəfləri nələrdir?

– “Atletik, xüsusilə ev oyunlarında çox güclü komandadır. "Qarabağ" isə illərdir eyni məşqçi heyəti ilə çalışır, hər futbolçu nə etməli olduğunu və necə oynamalı olduğunu çox yaxşı bilir.

– Bu matç öncəsi sizə “Qarabağ” və ya “Atletik” barədə suallar verilibmi?
– 
Sadəcə jurnalistlər maraqlanırlar. İspaniyada hamı Bakıda keçirdiyim dönəmlə maraqlanır. Mən də məmnuniyyətlə onlara Azərbaycanda və "Qarabağ"da nə qədər xoşbəxt olduğumu danışıram.

– Oyunu stadiondan izləməyi planlaşdırırsınız? Həmçinin, sabiq komandanızdan kimlərlə görüşmək istərdiniz?

– Bu oyunu izləyə bilməyəcəyəm, çünki məzuniyyətdəyəm. Amma "Qarabağ"ın Neapolda "Napoli" ilə keçirəcəyi matça baxmağa gedəcəyəm.

– Hələ də “Qarabağ”dakı kimsə ilə əlaqə saxlayırsınız? Qurban Qurbanovla danışmısınız?
– 
Bəzən qapıçı Şahrudinlə danışıram, Zubirin “Instagram” paylaşımlarına şərh yazıram. Qurban müəllimlə birbaşa danışmamışam. Amma ona və komandaya təbriklərimi tərcüməçi Elvar Quliyev (tərcüməçi-red) vasitəsilə çatdırmışam.

– Sizcə, “Atletik” evdə oynamaqla nə kimi üstünlüklərə sahibdir?

– Bu, böyük oyundur. Əgər qarşılaşma Bakıda olsaydı, hekayə tamam fərqli ola bilərdi. “San Mames”də təzyiq çox yüksəkdir.

– "Köhlən atlar"ın son oyunlarını izləmisiniz?

– “Kopenhagen"lə oyunu izləmişdim. Mənim üçün ən yaxşı futbolçu Zubirdir. Mən orada olanda da (Miçellə birlikdə) o, ən yaxşı idi. Amma yeni futbolçulardan danışmalı olsam, Marko Yankoviç və Leandro Andrade mənim sevimlilərimdir. “Atletik”dən isə Uilyams qardaşları çox təhlükəlidirlər, xüsusilə Nikonu qeyd edərdim.

– “Qarabağ”ın son illərdə Avropa turnirlərindəki çıxışlarını necə qiymətləndirirsiniz?

– Hazırda vəziyyətləri çox yaxşıdır. Uğurun açarı stabillikdir. Təcrübə də belə oyunlarda kömək edir, futbolçular üçün bu cür görüşləri normal qəbul etmək asanlaşır.

– “Atletik”in oyun üslubunu digər İspaniya komandaları ilə necə müqayisə edərdiniz?

– Onlar fiziki cəhətdən çox güclü komandadır. Azərbaycan futbolunu izləmək asan deyil, amma hiss edirəm ki, "Qarabağ" ildən-ilə daha da güclənir və çempionluğu getdikcə daha asan qazanır. Bu, "Qarabağ"dakı hər bir futbolçu üçün özünü dünyanın ən böyük futbol səhnəsində göstərmək imkanıdır. Məncə, onlar bunu çox yaxşı bacarırlar.

– “Qarabağ” azarkeşlərinə mesajınız nədir?

– “Qarabağ belə azarkeşlərə sahib olduğu üçün şanslıdır. Bu münasibət qarşılıqlıdır, azarkeşlər də belə güclü komandaya sahib olduqları üçün şanslıdırlar. Mən klubun tarixinin kiçik bir hissəsi olduğum üçün çox sevinirəm. Buna görə klub minnətdaram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri